Rusiya Qara dənizdən Ukraynanı vurdu: Dinc sakinlər arasında ölən və yaralananlar var – FOTO/VİDEO

Dünya


Rusiya qoşunları bu gecə “Kalibr” qanadlı raketləri ilə Qara dənizdən Ukraynanın Nikolayev şəhərini vurublar.

Bu barədə “Cənub” əməliyyat komandanlığının spikeri Vladislav Nazarov məlumat verib.

Bildirilir ki, ümumilikdə əraziyə dörd raket atılıb.

Hazırda şəhərdə dinc sakinlər arasında azı 1 nəfərin öldüyü və biri uşaq olmaqla 23 nəfərin yaralandığı məlumdur.

Mənbə: Cenzor.net

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir