“Akkuyu Atom Elektrik Stansiyasının dörd reaktorunun hamısının 2028-ci ilə qədər işə düşəcək”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
O, AES-ə nüvə yanacağının verilməsi mərasiminə videobağlantı vasitəsilə qoşulub.
Türkiyənin Energetika Nazirliyinin məlumatına görə, Akkuyu AES-də elektrik enerjisi istehsalına 2024-cü ildə başlanacaq. Obyektə 60 il ərzində “Rosatom” xidmət göstərəcək. Texniki xidmət və təmir nəzərə alınmaqla, bu müddət daha 20 il uzadıla bilər.
www.102info.az