“Bizim tərəfdaşlığımız qarşılıqlı fayda və mehriban qonşuluq kimi prinsiplərə əsaslanır”.
Bu sözləri Türkiyədə Akkuyu atom elektrik stansiyasının açılış mərasiminə canlı bağlanan Rusiya Prezidenti Vladimir Putin deyib.
“Əməkdaşlığımızla yanaşı, ikitərəfli münasibətlərimizi bütün əsas məsələlər də daxil olmaqla müzakirə etdik. Bir sıra kritik məsələlər barədə razılığa gəldik. Ən əsası isə iqtisadiyyat və ticarət sahəsində əlaqələrimizi daha da inkişaf etdirmək qərarına gəldik. Biz iki ölkənin işgüzar dairələrini iki ölkənin bazarlarında daha fəal olmağa təşviq edəcəyik. Təbii qaz bu gün Türkiyədə çox bahalı məhsuldur. Türkiyə artıq nüvə enerjisi ölkəsi olacaq. Nüvə enerjisi dünyada ən ucuz enerji növlərindən biridir. Belə bir üstünlüyə malikdir.
Türkiyədə qaz mərkəzi yaradılacaq. Bu mərkəzdən təbii qaz satılacaq. Biz kənd təsərrüfatı məhsullarının ixracını çoxaltmaq və qida təhlükəsizliyinin koordinasiyasını artırmaq qərarına gəldik. Cənab Ərdoğanın kasıb ölkələrə un çatdırılması təklifi var. Bu unu Türkiyə zavodları istehsal edəcək.
Türkiyədə fevral ayında dəhşətli zəlzələ olub. Türkiyə hökumətinin üzərinə nə qədər çətin tapşırıqların düşdüyünü də başa düşürük. İnfrastruktur təmir olunacaq, obyektlər yaradılacaq. Burada da biz kömək etməyə hazırıq. Biz ən qısa zamanda Rusiya infrastruktur materiallarını Türkiyəyə göndərməyə hazırıq”, – deyə Rusiya dövlət başçısı bildirib.
Mənbə: Haber Global
www.102info.az