Terrorçunu oğru bilib həbs etdirən kənd sakinlərinə PKK-dan silahlı hücum: Ölənlər və yaralananlar var – VİDEO

Dünya


Türkiyənin Şırnak vilayətində kənd sakinlərinin oğru bilib həbs etdirdikləri şəxs boz kateqoriyada axtarışda olan PKK terrorçusu çıxıb.

Martın 26-da İdil rayonunun Yavşan kəndində kənd sakinləri evdə tutduqları şəxsi oğru bilib polisə təhvil veriblər. Polis bölməsinə aparılan şəxsin boz kateqoriya üzrə axtarışda olan terrorçu, “Harun Elbak” kod adlı Səlim Adıyaman olduğu müəyyən edilib və o, həbs olunub. Terrorçunun kəndlilər tərəfindən ələ keçirildiyi anlar sosial şəbəkələrdə də paylaşılıb.

PKK terror təşkilatına dəstək verən səhifələrdə bununla bağlı paylaşımlar olub, videogörüntülərdəki şəxslərin mühafizəçi olduğu, şəxsiyyətləri müəyyən edilərək hədəf alındıqları bildirilib. Mehmet Atatekin, E.E. və A.E. adlı bu kənd sakinləri 2 gün əvvəl gecə saatlarında avtomobillərindən çıxarılıb və uzun lüləli silahlarla onlara atəş edilib.

Silah səslərini eşidən kəndlilər polisə xəbər verib. Bölgəyə polis və sağlamlıq qrupları göndərilib.

İlkin müdaxilələrdən sonra xəstəxanaya aparılan Mehmet Atatekinin həyatını xilas etmək mümkün olmayıb. Digər E.E. adlı şəxs müalicəsindən sonra evə buraxılıb, A.E-nin isə həyati təhlükəsinin davam etdiyi qeyd edilib.

Silahlı hücumdan sonra polis xüsusi əməliyyat qrupları bölgədə havadan dəstəkli əməliyyata başlayıb. Hadisə ilə əlaqəli olan 8 şübhəli nəzarətə götürülüb.

Həmçinin hədəfə alınan şəxslərin mühafizəçi olmadığı və Yavşan kəndində mühafizəçinin olmadığı da nəzərə çatdırılıb.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir