“Ermənistanın Azərbaycan xalqına qarşı qəsdən mina terroru başqa vasitələrlə müharibənin davamıdır”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 28-də Tərtər rayonunda mina partlayışına münasibət bildirərkən bəyan edib.
“Dünən üç humanitar minatəmizləmə operatoru Ermənistanın əkdiyi gizli ölüm toxumlarının qurbanı olub”, – deyə H.Hacıyev bildirib və həlak olan şəxslərin xidməti avtomobilinin qalıqlarının fotosunu özünün “Twitter” hesabında paylaşıb.
Armenia’s deliberate #mineterror against Azerbaijani people is continuation of war by other means. Yesterday 3 humanitarian mine clearance operators became victims of “hidden seeds of death” implanted by #Armenia. Wreckage of service vehicle operated by them @ANAMA_gov_az pic.twitter.com/qDkky8MdGK
— Hikmet Hajiyev (@HikmetHajiyev) April 29, 2023
www.102info.az