İranda müəllimlərin toplantısına basqın: Həbs olunanlar var – FOTO

Dünya


İran təhlükəsizlik qüvvələri bir qrup müəllim və əmək fəalını həbs edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı Təhsil İşçiləri Həmkarlar İttifaqları Təşkilatlarının Koordinasiya Şurasının məlumatına istinadla xəbər verib.

Bildirilir ki, dünən təhlükəsizlik qüvvələri Tehran Müəllimləri Həmkarlar İttifaqı Mərkəzinin sözçüsü Məhəmməd Həbibinin evinə basqın edərək, orada olan bir neçə müəllimi döyüblər.

Toplantıda iştirak edən və işçilərin hüquqlarını müdafiə edən həmkarlar ittifaqının bəzi üzvləri də saxlanılıb.

Həbs zamanı qadın müəllimlərdən biri infarkt keçirib və xəstəxanaya yerləşdirilib.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir