İtaliya A Seriyasının XXXII turunda “İnter” öz meydanında “Latsio”nu məğlub edib.
Oxu.Az xəbər verir ki, nerazzuri ilk yarıda hesabda geri düşsə də, fasilədən sonra üç top vuraraq qələbə qazanıb. “İnter”in heyətində Lautaro Martines dubl edib, digər qolu Robin Qosens vurub. Romalıların qoluna Feliper Anderson imza atıb.
Qəlıbə sayəsində xalını 57-yə çatdıran “İnter” 4-cü pilləyə yüksəlib. “Latsio” 62 xalla 2-cidir və lider “Napoli”dən 17 xal geri qalır. Neapollular saat 17:00-da start götürəcək ev matçında “Salernitana”ya qalib gələ bilsələr sona 6 tur qalmış çempionluğu rəsmiləşdirəcəklər.
Faiq Tahirov
www.102info.az