Ukrayna Türkiyənin “Baykar” şirkəti ilə yeni müqavilələr imzalayıb

Dünya


Ukrayna və Türkiyənin məşhur “Bayraktar” pilotsuz uçuş aparatlarının istehsalçısı olan “Baykar” şirkəti arasında yeni əməkdaşlıq müqavilələri imzalanıb.

Bu barədə Ukrayna Strateji Sənaye naziri Aleksandr Kamışin məlumat yayıb.

“Mən sizə ətraflı deməyəcəyəm, amma sizi əmin edirəm ki, bu müqavilələr ölkəmizə ixrac gəlirləri və yeni nəsil silahlar təqdim edir”, – deyə o, əlavə edib.

Xatırladaq ki, Türkiyənin “Baykar” şirkəti Ukraynada “Bayraktar” PUA-larının istehsalı üçün zavod tikir. “Baykar” həmçinin Ukrayna mühərrikləri ilə təchiz edilən yeni dronları sınaqdan keçirir.

Mənbə: rbc.ua

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir