Türkiyənin son dövrlərdə həyata keçirdiyi və mühüm mərhələlərini geridə qoyduğu milli aviasiya layihələr üçün möhtəşəm təqdimat keçiriləcək.
Mayın 1-də Türkiyə Aerokosmik Sənayesinin Kahramankazanda yerləşən kampusunda ölkənin aviasiya sənayesinin nailiyyətləri nümayiş olunacaq.
Yerli mühəndis və texniki işçilərinin bir müddətdir üzərində çalışdıqları təyyarə, vertolyot və PUA layihələri “Gələcək Əsrin lansmanı” proqramı çərçivəsində ictimaiyyətə təqdim ediləcək.
Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı gözlənilən mərasimdə Cümhuriyyətin 100-cü ildönümü münasibətilə Milli Döyüş Təyyarələri, HÜRJET, ATAK-2 və ANKA-3 orijinal aviasiya məhsulları sərgilənəcək.
www.102info.az