Moskvada Tretyakov Qalereyasına gələn ziyarətçilər bomba təhlükəsi xəbərindən sonra təxliyə edilib.
Məlumata görə, insanlar bir müddət küçədə dayanıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək yoxlamalar aparıblar.
Muzeyin işçiləri yoxlamadan sonra binada heç nə tapılmadığını bildiriblər.
Qeyd olunub ki, qalereya həmişəki iş rejimində fəaliyyətini bərpa edib.
Mənbə: Mash
www.102info.az