Yunanıstanın səhiyyə nazirinə yoqurt atdılar – FOTO

Dünya


Yunanıstanın səhiyyə naziri Tanos Plevris solçuların hücumuna məruz qaldığını bildirib.

Bu barədə o, “Twitter”də yazıb.

“İndi biz yoldaşım və uşaqlarımla birlikdə Petralonadakı restoranda nahar edən zaman solçular yoqurtlarla üstümə hücum çəkərək təkcə məni deyil, iki uşağımı da vurdular”, – nazir açıqlamasında qeyd edib.

Plevris hadisənin 8 yaşlı oğlu, 13 yaşlı qızı və həyat yoldaşının gözü qarşısında baş verdiyini vurğulayıb. O, çirkli paltarlarının fotolarını da yayıb.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir