Türkiyənin Bursa şəhərində tələbələri daşıyan avtobusun aşması nəticəsində 3 nəfər həyatını itirib, 44 nəfər yaralanıb.
Çanaqqaladan Ankaraya gedən “Metropol Turizm”ə məxsus tur avtobusu baryerə çırpılaraq aşıb.
Həlak olanlardan biri sürücü, ikisi şagirddir.
Təcili yardım maşınları ilə xəstəxanalara çatdırılan yaralıların əksəriyyəti ambulator müalicə alıb.
Avtobusdakı 47 nəfərdən 3-ü müəllim, 2-si sürücü, bəziləri tələbə, 6-sı isə müəllimlərin övladları olub.
Bir neçə şagirdin vəziyyətinin ağır olduğu bildirilir.




Mənbə: Haber Global
www.102info.az