Rusiyanın Bryansk vilayətində dəmir yolunun partladılması nəticəsində neft məhsulları olan qatar relsdən çıxıb.
Bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz xəbər verib.
Onun sözlərinə görə, Bryansk-Uneça dəmir yolunun 136-cı km-də mənşəyi məlum olmayan partlayıcı qurğu işə düşüb.
Bəzi media orqanlarında qatarda həmçinin taxta-şalban yüklərinin olduğu bildirilir.
Ümumilikdə qatar 60 vaqondan ibarət olub, lokomotivlə birlikdə yeddi-səkkiz vaqon relsdən çıxıb, yanğın başlayıb. Ölən və yaralananlar barədə məlumat yoxdur.
Mənbə: İzvestiya
www.102info.az