Azərbaycan 3 Avropa ölkəsi ilə akkreditasiya sahəsində Anlaşma Memorandumları imzalayıb – FOTO

Dünya


Azərbaycan Serbiya, Yunanıstan və Böyük Britaniya ilə akkreditasiya sahəsində Anlaşma Memorandumları imzalayıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, qurumun tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin nümayəndələri Serbiyanın paytaxtı Belqrada səfər ediblər. Səfər çərçivəsində nümayəndə heyəti Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının Çoxtərəfli Saziş Şurasının (MAC) 48-ci iclasında iştirak edib.

İclasda Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı və Beynəlxalq Akkreditasiya Forumu (IAF) prosedurları ilə bağlı həmkar qiymətləndirilməsi meyarlarında və prosedurlarında yeniliklərin müzakirəsi, akkreditasiya orqanlarında aparılmış həmkar qiymətləndirmələrinin nəticələrinə dair hesabatın dinlənilməsi, akkreditasiya orqanlarının Çoxtərəfli Saziş (MLA) iştirakçısı statusu ilə təltif edilməsi, dayandırılması və yaxud geri çağırılmasına dair qərarların qəbul edilməsi, həmkar qiymətləndirmələri zamanı standartların yeni nəşrlərinə keçidlə bağlı aşkarlanmış uyğunsuzluqlar və problemlər müzakirə edilib.

Səfər çərçivəsində Serbiyanın Akkreditasiya Orqanı, Yunanıstanın Ellin Akkreditasiya Sistemi, Böyük Britaniyanın akkreditasiya orqanı olan UKAS ilə Azərbaycan Akkreditasiya Mərkəzi arasında Anlaşma Memorandumları imzalanıb. İkitərəfli əsasda imzalanmış Memorandumlarda ticarətdə texniki maneələrin aradan qaldırılması, akkreditasiya sahəsində kadrların hazırlanması və təcrübə mübadiləsinin aparılması, uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası, qiymətləndirmədə iştirakın təmin olunması və digər əlaqəli sahələrdə əməkdaşlıq məsələləri öz əksini tapıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir