Çinin şərqindəki Şandun əyalətində “Sinochem” kimya korporasiyasının hidrogen peroksid məhlulu istehsal edən müəssisəsində partlayış baş verib.
Partlayış və yanğın nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.
Bir nəfərin itkin düşdüyü bildirilir.
Yaralıya tibbi yardım göstərilib, xilasetmə əməliyyatı aparılır. Hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırırlar.
Mənbə: TASS
www.102info.az