Türkiyədə Yeni Ziqana tunelinin tikintisi başa çatıb.
2017-ci il martın 17-də təməli qoyulan və o vaxtdan tikintisi davam edən Ziqana tunelində işlər yekunlaşıb.
Böyük əhəmiyyət kəsb edən bu tunel Şərqi Qara dəniz və Qafqaz, Yaxın Şərq və İranı birləşdirən mühüm marşrut olacaq.
Bu tunel Türkiyə və Avropada ilk ən uzun, dünyada isə üçüncü ən uzun tunel olacaq.
Trabzon-Gümüşhane magistral yolu üzərində yerləşən Tarixi İpək Yolu marşrutundakı Yeni Ziqana tuneli Trabzon və Gümüşhane arasındakı məsafəni 30 dəqiqə azaldacaq. Bu nəhəng layihə sayəsində mövcud yol 8 kilometr qısalacaq.
Xüsusilə yağış və qarın çox olduğu qış aylarında təhlükə yaradan kəskin döngələr aradan qalxacaq. Sıldırım yamaclardan daşların düşməsi kimi problemlər də həllini tapacaq.
Nəhəng layihənin Trabzon və Gümüşhane girişlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı və imzası qoyulub.
Mənbə: Haber Global
www.102info.az