ABŞ-nin keçmiş prezidenti Donald Tramp sahibi olduğu bir neçə otel və qolf meydançalarını ziyarət etmək üçün Şotlandiyaya gəlib.
Trampın Böyük Britaniyaya səfəri ona qarşı irəli sürülən təcavüz ittihamından sonra baş tutub. “Evə qayıtmaq çox gözəldir”, – deyə Aberdin hava limanına enən Tramp bildirib.
Məlumdur ki, onun anası Meri Enn Tramp Şotlandiyada dünyaya gəlib.
Bundan əvvəl Tramp özünün “Truth Social” sosial şəbəkəsində qeyd etmişdi ki, möhtəşəm mülklərə baxmaq üçün Şotlandiya və İrlandiyaya səfər etməyi planlaşdırır.
Mənbə: “Sky News”
www.102info.az