ABŞ-nin İllinoys ştatında qum fırtınası səbəbindən 100-ə yaxın avtomobil toqquşub. Nəticədə altı nəfər həlak olub, 30-dan çox insan yaralanıb.
Qəza magistral yolda baş verib. Polisin məlumatına görə, fırtına zamanı 40-60 avtomobil və 30-a yaxın yük maşını toqquşub, onlardan ikisi alovlanıb.
“Hazırda xəstəxanaya göndərilən 30-dan çox zərərçəkmiş haqqında məlumat daxil olub. Altı nəfər ölüb”, – deyə yerli polis bildirib. Yaralılar 2-80 yaş arası insanlardır.
Güclü külək nəticəsində əkin sahələrinin torpağının havaya sovrulması qum fırtınasına və qəzaya səbəb olub.
Mənbə: Kommersant
www.102info.az