Mahir Emrelinin rəqib baş məşqçi ilə şəkil çəkdirməsi müzakirələrə səbəb oldu

Dünya


Türkiyənin “Konyaspor” klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin “Trabzonspor”la matçdan öncə rəqib baş məşqçi ilə şəkil çəkdirməsi müzakirələrə səbəb olub.

Yerli azarkeşlər forvardın rəqib komandanın çalışdırıcısı ilə səmimi görüntüsünü qəribə qarşılayıblar.

Araşdırmalardan sonra məlum olub ki, Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda oynayarkən “Osiyek”in baş məşqçisi olan Byelitsa onu komandasında görmək istəyib. Fotonun da səbəbi xorvat çalışdırıcının Mahiri forvard kimi bəyənməsi olub.

Mənbə: yenihaberden.com

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir