BMT-dən yeni miqrasiya böhranı barədə XƏBƏRDARLIQ

Dünya


Döyüşlər davam edərsə, 800 mindən çox insan Sudanı tərk edə bilər. Birləşmiş Millətlər Təşkilatı (BMT) hesab edir ki, bu, regionda növbəti genişmiqyaslı qaçqın böhranına səbəb olacaq.

Artıq 100 mindən çox qaçqın münaqişədən qaçaraq Sudandan qonşu ölkələrə köçüb.

Miqrasiya böhranı Sudanın qonşuları üçün qaçılmaz təhlükə yaradır, söhbət ilk növbədə Misir və Çaddan gedir.

Qeyd edək ki, Sudanda aprel ayında ordu ilə çevik reaksiya qüvvələri arasında qarşıdurmalar başlayıb.

Mənbə: The Washington Post

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir