Devid Kettler: “Azərbaycan və NATO bir sıra sahələrdə əməkdaşlıqdan faydalanırlar”

Dünya


“NATO və Azərbaycan əməkdaşlıqdan faydalanırlar”.

Bu sözləri NATO Baş katibinin kəşfiyyat və təhlükəsizlik üzrə köməkçisi, general Devid Kettler Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşündən sonra deyib.

Devid Kettler bu barədə “Twitter” hesabında paylaşım edib.

“Azərbaycanın NATO-dakı missiyasına və Hikmət Hacıyevə dolğun müzakirəmizə görə təşəkkür edirəm. Azərbaycan 20 ildən artıqdır ki, NATO ilə əməkdaşlıq edir. Azərbaycan və NATO bu əməkdaşlıqdan təhlükəsizlik, müdafiə sahəsində islahatlar və terrorçuluqla mübarizə də daxil olmaqla bir sıra sahələrdə faydalanırlar”, – deyə Kettler qeyd edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir