Rusiya ilə Polşa arasında diplomatik münasibətlər dayandırıla bilər.
Bu barədə Rusiyanın Polşadakı səfiri Sergey Andreyev “Solovyov LIVE” verilişinin efirində bildirib.
Diplomat qeyd edib ki, rusiyalı diplomatlar “istənilən an əşyalarını yığmağa və səfirliyin qapısını bağlamağa” məcbur ola bilərlər.
“Təbii ki, biz buna çoxdan hazırıq”, – deyə Sergey Andreyev vurğulayıb.
Mənbə: MK.ru
www.102info.az