İspaniyada Türkiyə klubuna qarşı pis münasibət: Baş məşqçi xəstəxanalıq oldu

Dünya


Basketbol üzrə Avropa Kubokunun finalında “Qran Kanariya”nın qonağı olacaq Türkiyənin “Türk Telekom” klubu İspaniyada problemlə üzləşib.

Komandanın baş məşqçisi Erdem Can xəstəxanalıq olub. Bu barədə klubun baş direktoru Önder Külçebaş məlumat verib:

“Avtobus sürücüsü bizə bütün şəhəri gəzdirdi. 10 dəqiqəlik yolu 40 dəqiqəyə getdik. Məşqə gecikirdik. O əsnada radionun səsini artırdı. Azaltmasını xahiş etdik. Baş məşqçimiz gedib səsini azaltmaq istəyəndə qəsdən əyləci basdı. Məşqçimiz başını şüşəyə vurub boynunu zədələyib. Komandanı boyunluqla məşq elətdirdi. Buradan təcili olaraq xəstəxanaya aparılacaq. Turnirin təşkilatçılarını və rəqib komandanı ittiham etmək istəmirik, amma təəssüf ki, burada pis niyyət var. Cavabdeh şəxslərin cavab verməsinə çalışırıq. Amma ilk növbədə ümid edirik ki, baş məşqçimiz sağlamdır”, – deyə klub rəsmisi bildirib.

Bu gün keçiriləcək “Qran-Kanariya” – “Türk Telekom” qarşılaşması saat 23:00-da start götürəcək.

Mənbə: “TRT Spor”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir