Yalnız Cənubi Qafqazda hərtərəfli sülh Ermənistanın təhlükəsizliyini təmin edə bilər.
Bu barədə çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bildirib.
“Regionumuzda təhlükəsizlik sistemi deformasiyaya uğrayıb, bu, o deməkdir ki, biz əlavə təhlükəsizlik problemləri ilə üzləşmişik. Yəni regionda sabitliyi təmin etməli olan sistem kifayət qədər səmərəli işləmir.
Belə bir yanaşma ola bilər ki, yeni sistemlər yaradılsın. Təhlükəsizlik arxitekturasına yeni komponentlər əlavə edilsin. Lakin bunun strateji təhlükəsizliyi təmin edəcəyi faktı dəqiq deyil. Ermənistanın təhlükəsizliyini ancaq hərtərəfli sülhlə təmin etmək olar”, – deyə hökumət başçısı bəyan edib.
Mənbə: TASS
www.102info.az