İstanbuldan Moskvaya uçan sərnişin təyyarəsi Soçiyə təcili eniş etdi

Dünya


İstanbuldan Moskvaya uçan sərnişin təyyarəsi təcili olaraq Soçi hava limanına enib.

Bu barədə hava limanının mətbuat xidmətindən məlumat verilib.

“Mayın 3-də “Red Wings” aviaşirkətinə məxsus təyyarənin ekipajı İstanbul hava limanından havaya qalxdıqdan sonra texniki səbəblərdən Soçi hava limanına eniş etmək qərarına gəlib. WZ76 reysi İstanbul-Moskva marşrutu üzrə hərəkət edib. Təyyarə Soçi hava limanına təhlükəsiz eniş edib. Sərnişinlər reyslərin gözləmə zonasında yerləşdirilib, onlarla aviaşirkətin nümayəndəsi işləyir”, – məlumatda deyilir.

Təyyarənin göyərtəsində 44 nəfərin olduğu bildirilib.

Mənbə: rbc.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir