Birləşmiş Ştatlar mayın 3-də növbəti hərbi yardım paketi çərçivəsində Ukraynaya yeni silahlar təqdim etdiyini açıqlayıb.
Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Yeni yardım paketinin ümumi dəyəri 300 milyon dollardır.
Buraya HIMARS üçün əlavə döyüş sursatları,155 mm-lik haubitsalar, TOW raketləri, “Hydra-70”aviasiya raketləri, atıcı silahlar və s. daxildir.
Bildirilir ki, ABŞ müttəfiqləri və tərəfdaşları ilə Ukraynanın döyüş meydanındakı təcili ehtiyaclarını və təhlükəsizlik yardımı üçün uzunmüddətli ehtiyaclarını ödəməyə davam edəcək.
Qeyd edək ki, Ukrayna ilk dəfə olaraq ABŞ-dən “Hydra 70” – təyyarələrin köməyi ilə buraxılan qısa mənzilli idarə olunmayan raketləri alacaq. Onların maksimum atəş məsafəsi 10,5 km-dir.
Mənbə: rbc.ua
www.102info.az