“Rusiya mayın 3-nə keçən gecə Kremlə edilən terror aktlarına cəhdi qətiyyətlə pisləyir”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
“Kremlə qarşı terror aktına cəhdin arxasında Kiyevin dayandığına şübhə yoxdur”, – deyə bildirilir.
Moskvanın Kremlə PUA hücumuna müvafiq cavab verəcəyi vurğulanıb:
“Dronların Kremlə hücumuna görə məsuliyyət daşıyanların hamısı tapılacaq, onları ağır və qaçılmaz cəza gözləyir”.
www.102info.az