Qadın futbolçulardan ibarət Azərbaycan millisinin ilk dəfə təşkil olunacaq UEFA Millətlər Liqasının 2023/2024 mövsümündə keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
AFFA-dan verilən məlumata görə, C Liqasının III qrupunda yer alan yığma ilk oyununu sentyabrın 22-də evdə Kiprə qarşı keçirəcək.
Siyasət Əsgərovun yetirmələri qrupda son matçlarını da dekabrda öz meydanında keçirəcəklər.
Azərbaycan yığmasının oyunlarının təqvimi:
22 sentyabr. Azərbaycan – Kipr;
26 sentyabr. Monteneqro – Azərbaycan;
27 oktyabr. Farer adaları – Azərbaycan;
31 oktyabr. Azərbaycan – Monteneqro;
1 dekabr. Kipr – Azərbaycan;
5 dekabr. Azərbaycan – Farer adaları.
www.102info.az