Avropa Mərkəzi Bankı uçot dərəcəsini, proqnozlaşdırıldığı kimi, 25 faiz bəndi artıraraq 3,25 faizə yüksəldib.
Baza və marjinal faiz dərəcələri də 0,25% artırılıb. Beləliklə, faiz dəhlizinin aşağı həddi 3,75%-ə, yuxarı həddi isə 4%-ə yüksəlib.
Xatırladaq ki, mayın 3-də ABŞ Federal Ehtiyat Sistemi (FRS) may iclasının nəticələrinə əsasən, baza dərəcəsini 25 bənd artıraraq 5,00-5,25%-ə çatdırıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti isə uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,75%-dən 9%-ə çatdırılması barədə qərar qəbul edib.
AMB-nin məlumatına görə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 7%-dən 7,5%-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,75%-dən 10%-ə çatdırılıb.
Mənbə: Haber Global
www.102info.az