Peru ölkəyə qanunsuz yollarla daxil olan qeyri-qanuni mühacirləri deportasiya edəcək.
Bu barədə ölkənin Baş naziri Alberto Otarola jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkədə qanuni olaraq işləyən əcnəbilərlə problem yaşamırlar.
“Siyasətimiz bir qrupa qarşı deyil, məqsədimiz Perunu qorumaq və zorakılıq dalğasının qarşısını almaqdır”, – deyə o qeyd edib.
Son zamanlar ölkədə cinayət statistikasında ciddi artım olduğunu qeyd edən Otarola Peru-Çili sərhədində qapalı qalan nizamsız miqrantlarla Çili təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşandığını deyib.
Peru Prezidenti Dina Boluarte aprelin 27-də verdiyi açıqlamada son vaxtlar ölkəyə qeyri-qanuni yollarla daxil olan immiqrantların sayında ciddi artım olduğunu bildirib və qeyri-qanuni keçidlərə nəzarət etmək üçün sərhədlərdə fövqəladə vəziyyət elan etdiklərini açıqlayıb.
Mənbə: Anadolu
www.102info.az