Ərdoğan: “Qarabağda olduğu kimi bütün imkanlarımızla qardaşlarımızın yanındayıq” – FOTO

Dünya


“Liviyada, Suriyada, 30 ildən sonra işğaldan azad edilən Qarabağda olduğu kimi lazım olanda bütün imkanlarımızla qardaşlarımızın yanında dayanacağıq”.

Oxu.Az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” hesabında yazıb.

O, diplomatların səyləri ilə Türkiyənin özünə inamlı, təşəbbüskar və humanist xarici siyasət praktikasını həyata keçirdiyini vurğulayıb.

“Xarici nümayəndəliklərimizin sayını 163-dən 260-a yüksəldərək dünyanın ən geniş diplomatik əlaqələrinə sahib 5 ölkəsi sırasına daxil olduq. Tarixi şanlı zəfərlərlə dolu olan bir ölkə kimi, beynəlxalq sistemdə layiq olduğumuz yerə doğru gedirik. Türkiyə Yüzilliyinə, inşallah, bütün bu diplomatik uğurları zirvəyə qaldıracağıq”, – deyə o vurğulayıb.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir