Ərdoğanın prezident seçkisinin ilk turunda qalib gəlmək şansı artır

Dünya


Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın reytinqi 51%-ə çatıb. Bu, onun mayın 14-nə təyin edilmiş prezident seçkisinin birinci turunda qalib gəlmək şansını artırır.

Bunu “Optimar”, “Sonar” və “Areda” şirkətlərinin apardığı “üç etibarlı sorğu”nun nəticələri sübut edir.

Sosioloqların qənaətinə görə, əgər seçkilərə iki həftə qalmış sorğu nəticələri prezident seçkisinin iki turda keçirilməsi ehtimalını ortaya qoyurdusa, indi prosesi bir turda başa vurmağın mümkünlüyü sezilir.

Türkiyədə mayın 4-də rəy sorğularının dərcinə qadağa qüvvəyə minib, lakin bu, onlara şərh verməyə maneə deyil.

Türkiyədə prezident seçkisinin birinci turunda qalib gəlmək üçün namizədin azı 50 faiz səs + bir səs toplaması lazımdır. Əks halda, mayın 28-də seçkinin ikinci turu keçiriləcək. Ən çox səs toplayan namizəd qalib elan ediləcək.

Dövlət başçısı postu uğrunda dörd namizəd mübarizə aparacaq: hakim Ədalət və İnkişaf Partiyasının lideri, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu, Vətən Partiyasının sədri Muharrem İnce və Ata İttifaqından namizəd Sinan Oğan.

Mənbə: Hürriyet

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir