Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda səsvermə prosesindən görüntülər – VİDEO

Dünya


Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri üçün ölkənin Azərbaycanda yaşayan və işləyən vətəndaşlarının səsverməsi başlayıb.

Qardaş ölkənin Naxçıvan Muxtar Respublikasında yerləşən konsulluğunda seçkilərin birinci mərhələsi üçün səsvermə hüququna malik Türkiyə vətəndaşları iştirak edirlər.

Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya jurnalistlərə açıqlamasında bildirib ki, muxtar respublikada 1 350 türk vətəndaşının səs verməsi gözlənilir.

“2014-cü ildən bəri xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları səsvermə hüquqlarından istifadə edirlər. Bu il səsvermədə iştirak edənlərin sayının artacağına inanırıq”, – deyə A.Kaya vurğulayıb.

Birinci mərhələdə səsvermə mayın 8-dək davam edəcək. Seçkilər ikinci mərhələyə qalarsa, bu mərhələ üçün səsvermə isə 20-22 may tarixlərində keçiriləcək.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir