Türkiyənin Adıyaman şəhərində zəlzələdən zərərçəkmişlər üçün qurulan çadır şəhərciyində yanğın baş verib. Səhiyyə ocağı, uşaq bağçası və köhnə yeməkxana külə dönüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Əvvəllər yeməkxana kimi istifadə edilən ərazidə baş verən yanğın qısa zamanda yaxınlıqdakı çadırlara keçib.
Yanğının başvermə səbəbi müəyyən edilməyib.
Vəziyyətlə əlaqədar hadisə yerinə çoxlu sayda yanğınsöndürən, səhiyyə və polis qrupu göndərilib.
Qısa müddətdə hadisə yerinə gələn qrupların müdaxiləsi ilə alov nəzarət altına alınıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: NTV
www.102info.az