Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşmək və Suriya üzrə dördtərəfli danışıqlarda iştirak etmək üçün mayın 10-da Moskvaya gedəcəyini bildirib.
“Moskvadan rəsmi təsdiq aldıq. Mayın 10-da biz ora yola düşəcəyik. Səhər Lavrovla danışıqlar aparmaq imkanım olacaq və bundan sonra biz Ankara ilə Dəməşq münasibətlərinin nizamlanmasına dair nazirlər səviyyəsində Rusiya – İran – Suriya – Türkiyə görüşündə iştirak edəcəyik”, – XİN başçısı Türkiyə mediasına müsahibəsində vurğulayıb.
Mənbə: 24TV
www.102info.az