“Avropa İttifaqı 4 günlük danışıqlarda Azərbaycan və Ermənistanın davamlı iştirakını alqışlayır”.
Bu sözləri Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter” hesabında paylaşım yazıb.
“Vaşinqtondan ümidverici xəbərlər var. Tərəqqi yalnız dialoqla mümkündür. Biz Ermənistan və Azərbaycanla birlikdə olmağa, davamlı sülh axtarışı üçün tərəfdaşlarımızla işləməyə davam edəcəyik” , – deyə o qeyd edib.
Encouraging news from Washington. 🇪🇺welcomes the sustained engagement from 🇦🇲 and 🇦🇿 FMs in 4 days of negotiations. Progress can only be made through dialogue. We continue to stand with 🇦🇲 and 🇦🇿 and work with our partners in quest for sustained peace https://t.co/DjG6IY74Pb
— Toivo Klaar (@ToivoKlaar) May 6, 2023
Qeyd edək ki, 1-4 may 2023-cü il tarixlərində ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Tərəflər görüş zamanı Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.
www.102info.az