ABŞ qırıcısı qəzaya uğradı – VIDEO

Dünya


Cənubi Koreyada təlim zamanı ABŞ-nin F-16 qırıcısı qəzaya uğrayıb.

Təyyarə Amerikanın böyük Osan aviabazasının yaxınlığındakı əkin sahəsinə düşüb. Pilot katapult edərək sağ qurtula bilib və xəstəxanaya aparılıb.

İnsident nəticəsində mülki şəxslər xəsarət almayıblar. Hadisə yerinə yanğınsöndürənlər cəlb ediliblər.

Qeyd edək ki, Osan aviabazası Şimali Koreya ilə sərhəddən 64 km aralıda yerləşir. Burada Birləşmiş Ştatların Hərbi Kosmik Qüvvələrinin bölməsi yerləşir.

Mənbə: CNN

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir