İtaliya A seriyasının 34-cü turu çərçivəsində “Milan” doğma divarlar arasında “Latsio”nu qəbul edib.
Matç meydan sahiblərinin qələbəsi ilə bitib – 2:0.
“Milan” – “Latsio” – 2:0
Qollar: İsmail Bennaser,17(1:0), Teo Hernandes, 29.
Qeyd edək ki, “Latsio” turnir cədvəlində 64 xalla 2-ci, “Milan” isə 61 xalla 4-cüdür.
Xatırladaq ki, A seriyasında artıq 2022/23-cü illər mövsümünün çempionu müəyyənləşib. Bu, “Napoli” klubu olub.
www.102info.az