Rusiyalı yazıçıya sui-qəsd cəhdində şübhəli bilinən ikinci şəxs də saxlanılıb

Dünya


Rusiyalı siyasi və ictimai xadim, yazıçı Zaxar Prilepini öldürməyə cəhdə şübhəli bilinən ikinci şəxs də saxlanılıb.

Məlumatı Rusiya hüquq-mühafizə orqanları da təsdiq edib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslə bağlı əməliyyat tədbirləri həyata keçirirlər.

Bundan əlavə, hazırda Moskvada şübhəli şəxs qismində saxlanılan şəxslərin qaldıqları mənzildə axtarışlar aparılır.

Xatırladaq ki, bu gün Rusiyanın Nijni Novqorod şəhərində naməlum şəxslər rusiyalı siyasi və ictimai xadim, yazıçı Zaxar Prilepinin avtomobilini partladıblar. İlkin məlumatlara görə, partlayıcı qurğu maşının alt hissəsinə quraşdırılıb. Yazıçının mətbuat xidməti onun vəziyyətinin yaxşı olduğunu bildirib.

Mənbə: Vm.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir