Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiyanın müdafiə naziri Sergey Şoyquya bəyanat ünvanlayıb.
Bəyanat Priqojinin mətbuat xidməti tərəfindən dərc olunub.
Bəyanatda Priqojin Şoyqudan xahiş edib ki, “Vaqner”in Baxmutdakı mövqelərinin Çeçenistanın “Axmat” bölməsinin qüvvələrinə təhvil verilməsi ilə bağlı göstəriş versin.
Priqojin xatırladıb ki, Çeçenistan rəhbəri Ramzan Kadırov daha əvvəllər Çeçen döyüşçülərinin Baxmuta göndərilməsinə razılıq verib. O, həmçinin qeyd edib ki, “Axmat” Mariupol və digər ərazilərə hücum zamanı qəhrəmanlıq göstərib.
“Sizdən xahiş edirəm ki, “Vaqner”in mövqelərinin “Axmat” batalyonunun bölmələrinə təhvil verilməsi ilə bağlı döyüş əmri verəsiniz”, – deyə Priqojin yazıb.
Qeyd edək ki, Priqojin mayın 5-də “Vaqner” bölmələrini şəhərdən çıxarmaq niyyətində olduğunu bildirib. Kreml bu planlardan xəbərdar olduğunu açıqlayıb, lakin müharibə əməliyyatları ilə bağlı olduğu üçün şərh verməyəcəyini vurğulayıb.
Mənbə: MK.ru
www.102info.az