İsveçrə Ukraynanı minatəmizləmə maşınları ilə təchiz edəcək.
Bununla əlaqədar Ukraynanın Reinteqrasiya Nazirliyi İsveçrənin mexanikləşdirilmiş minatəmizləmə avadanlığı istehsalçısı “Global Clearance Solutions” şirkəti ilə memorandum imzalayıb.
Razılaşma nəticəsində İsveçrə şirkəti bu il ərzində Ukraynaya 20-yə yaxın minatəmizləmə maşını göndərəcək.
Qeyd olunur ki, sözügedən minatəmizləmə maşınları Nikolayev, Xarkov və Xerson vilayətlərinin işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı torpaqlarının və mühüm infrastruktur obyektlərinin ərazilərində mina və partlamamış hərbi sursatların təmizlənməsi üçün istifadə olunacaq.
Mənbə: Rbc.ua
www.102info.az