Çavuşoğlu: “ABŞ Türkiyəyə S-400-lərlə bağlı təkliflər verib”

Dünya


Türkiyə ABŞ-nin S-400 zenit-raket komplekslərini Ukraynaya göndərmək təklifindən imtina edib.

Bunu “Habertürk”ə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazirin sözlərinə görə, ABŞ-dən S-400 ilə bağlı bir neçə təklif alınıb.

“Dedilər ki, S-400-ləri araşdırmaq üçün bizə imkan yaradın. Bu, müstəqilliyimizə aid olan bir təklif idi. Bəs onda bizim müstəqilliyimiz haradadır? Bizə hətta onları Ukraynaya göndərməyi təklif etdilər, biz “yox” dedik. Belə təkliflər olub”, – deyə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir