Yaponiyada COVID-19 bazar ertəsindən etibarən rəsmi olaraq mövsümi qriplə eyniləşdirilib.
Bu qərarı Yaponiya hökuməti bu ilin əvvəlindən bəri ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi, eləcə də səhiyyə ekspertləri ilə uzun müzakirələrdən sonra qəbul edib.
Qeyd edək ki, Yaponiyada viruslar və xəstəliklər insan həyatı üçün təhlükədən asılı olaraq beş qrupa bölünür. Məsələn, birinci kateqoriyaya Ebola daxildir. Koronavirus isə ikinci qrupa yerləşdirilib.
Xatırladaq ki, pandemiyanın başlanğıcından bəri Yaponiyada təxminən 33,79 milyon insan koronavirusa yoluxub, ölənlərin sayı isə təxminən 74,6 min nəfərdir.
Mənbə: TASS
www.102info.az