Lixtenşteyn hakimiyyəti bitkoin kriptovalyutası ilə dövlət xidmətləri üçün ödəniş etmək imkanını tətbiq etmək niyyətindədir.
Bu barədə bazar günü baş nazir və maliyyə naziri Daniel Riş bildirib.
O, bunun nə vaxt baş verəcəyini dəqiqləşdirməyib.
Nazirin sözlərinə görə, bitkoinlər dərhal hazırda knyazlıqda milli valyuta rolunu oynayan İsveçrə frankına çevriləcək.
Qeyd olunur ki, artıq eyni sxem İsveçrənin Zuq və Luqano şəhərlərində işləyir. Burada vətəndaşlar bitkoinlərlə dövlət xidmətlərini və ya vergi borclarını ödəyə bilərlər.
Mənbə: TASS
www.102info.az