İranın Tehran şəhərinin Kərəc zindanında saxlanılan güney azərbaycanlı Həmid və Fərzanə Qarahəsənli cütlüyünün səhhəti pisləşib və həyatları təhlükədədir.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Bununla bağlı onların vəkili Möhsün Bayat bildirib. O qeyd edib ki, Fərzanə Qarahəsənli xərçəng, Həmid Qarahəsənli isə ağciyər xəstəliyindən əziyyət çəkirlər. Lakin buna rəğmən onların müalicələrinə icazə verilmir.
Xatırladaq ki, 2022-ci il noyabrın 4-də 53 yaşlı azərbaycanlı rentgenoloq Həmid Qarahəsənli və xanımı, 46 yaşlı laboratoriya elmləri üzrə mütəxəssis Fərzanə Qarahəsənli Kərəc şəhərindəki evlərində həbs ediliblər.
www.102info.az