Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Tekirdağda keçirilən mitinqdə xalqa müraciət edib.
Dövlət başçısı Qərb ölkələrini ölkədəki seçki prosesinə müdaxilələrə son qoymağa çağırıb.
“Dünən İstanbulu izlədinizmi? Necə oldu? İstanbul kükrəyərsə, dünya kükrəyər. Qərb buna öyrəşməlidir. Ərdoğana jurnallarla hücum etmək məsələni həll etməyəcək. Məsələni bura həll edəcək”, – deyə Prezident bildirib.
O, həmçinin əhalini seçkidə daha fəal olmağa çağırıb.
“Bilirəm ki, siz ölkənin taleyini Kamal bəyin təmsil etdiyi qumar masasına vermək istəmirsiniz. Gəlin bu işi birinci turda böyük fərqlə başa vurmaqla ölkəmizi sələmçilərə, terror təşkilatlarına təslim etməmək iradəmizi göstərək”, – deyə Ərdoğan qeyd edib.
Mənbə: Haber Global
www.102info.az