Cənubi Afrika Respublikası prezidentinin mühafizə bölməsinin rəhbərinin oğlu Uorren Rud paytaxt Keyptaunda ölü tapılıb.
30 yaşlı gənc sonuncu dəfə aprelin 23-də Delftin Eyndhoven şəhərində öz avtomobilini idarə edərkən görüntülənib. Günlərlə aparılan axtarışlardan sonra Uorrenin cəsədi Qudvudda tapılıb və valideynləri tərəfindən tanınıb. General-mayor Uolli Rud oğlunun ölü tapıldığını təsdiqləyib.
“Qətl hadisəsi olub. Qərbi Keyp detektivləri bu dəhşətli cinayətə görə məsuliyyət daşıyanları araşdırmaq və yaxalamaq üçün gecə-gündüz işləyirlər”, – deyə yerli hüquq-mühafizə orqanından bildirilib.
Mənbə: Krasnaya Vesna
www.102info.az