Rusiya paytaxtının Qırmızı Meydanında İkinci Dünya müharibəsində qələbənin 78-ci ildönümü şərəfinə hərbi parad başlayıb.
Tədbirdə Rusiyanın tanınmış döyüş hissələrinin və hərbi ali məktəblərinin hərbi qulluqçuları, kursantları, həmçinin Federal Təhlükəsizlik Bürosu, Fövqəladə Hallar Nazirliyi, Rusiya Qvardiyasının hərbi qurum və hissələrinin nümayəndələri iştirak edirlər.
Paradda kazak qoşunlarının üzvləri də var.
Ümumilikdə Qırmızı Meydandan 10 mindən çox insan və 125 ədəd müxtəlif növ silah və texnika keçəcək.
Mərkəzi tribunada Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Ermənistan baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Raxmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, həmçinin veteranlar və tədbirin qonaqları yer alıblar.
Mənbə: İzvestiya
www.102info.az