Avropa Komissiyasının rəhbəri Kiyevdədir – FOTO

Dünya


Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Ukrayna paytaxtına səfər edib.

Oxu.Az-ın məlumata görə, bu barədə o, özünün “Twitter” hesabında yazıb.

“Çox qiymətləndirdiyimiz dəyərlərin hər gün qorunduğu Kiyevə qayıtdığım üçün şadam”, – deyə AK rəhbəri bildirib.

Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenskinin 9 Mayı Avropa Günü kimi qeyd etmək qərarını alqışladığını da vurğulayıb.

“Bura Avropa Gününü qeyd etmək üçün çox münasib yerdir”, – deyə o əlavə edib.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir