Kanadanı həyasızlıqda ittiham edən Çin özü də eyni addımı atdı

Dünya


Çin öz nümayəndəsinin ölkədən çıxarılmasına cavab olaraq Şanxayda Kanadadan olan diplomata nota verib.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilib ki, kanadalı diplomat Cennifer Lin Lalondendən mayın 13-dək Çini tərk etməsi tələb olunur.

Qeyd edək ki, bundan əvvəl Kanada Torontoda Çinin Baş Konsulluğunun əməkdaşı Çjao Veyi “persona non grata” elan edərək ölkədən qovub. Çinli diplomat Kanadanın daxili işlərinə müdaxilə ilə bağlı fəaliyyətdə ittiham olunub.

Çin səfirliyi isə Kanada hakimiyyətinin bu hərəkətlərini kəskin şəkildə pisləyib, Ottavanı əsas beynəlxalq hüququ pozmaqda və Çin-Kanada münasibətlərini sabotaj etməkdə ittiham edib, həmçinin bəzi siyasətçilər tərəfindən irəli sürülən “Çin müdaxiləsi” haqqında şayiələrə əsaslanaraq, diplomatının ölkədən çıxarılmasını “həyasızlıq” adlandırıb.

Mənbə: Reuters

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir